Modern.az

Qonşu ölkədə 145 nəfər virusdan ÖLDÜ

Qonşu ölkədə 145 nəfər virusdan ÖLDÜ

Dünya

25 Dekabr 2021, 22:31

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 145 nəfər dünyasını dəyişib.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Nazirliyin yeni növ koronavirusla bağlı yayınladığı cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 357 536 nəfərin test edildiyi, 20 470 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 22 109 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.

 

Qeyd edək ki, Türkiyədə indiyədək COVID-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 128 349 256 peyvənd tətbiq edilib ki, bunun 91,49 faizi birinci, 82,79 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı