Modern.az

ABŞ-ın zərbələrinə cavab verəcəyik - İrandan hədə

ABŞ-ın zərbələrinə cavab verəcəyik - İrandan hədə

Dünya

25 Mart 2023, 22:11

İran Suriyada ABŞ-ın hədəf aldığı bazalara hücumlara dərhal cavab verəcək.

 

Modern.az xəbər verir ki, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının sözçüsü Keyvan Xosrəvi bildirib.

 

O, ABŞ qüvvələrinin Suriyada olmasının qanunsuz olduğunu bildirib: "ABŞ Suriyanın bir hissəsində qeyri-qanuni işğalının nəticələrindən qaçmağa çalışır. Bu ölkənin ordusu İrana qarşı saxta ittihamlar irəli sürür".

 

Qeyd edək ki, son bir neçə gündə ABŞ Suriyada İran hədəflərinə zərbələr endirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...