Modern.az

Avropa İttifaqı Rusiyaya sanksiya tətbiq etməkdən yorulub - Baş nazir 

Avropa İttifaqı Rusiyaya sanksiya tətbiq etməkdən yorulub - Baş nazir 

Dünya

25 Mart 2023, 22:45

Avropa İttifaqı (Aİ) Rusiyaya yeni sanksiyalar tətbiq etməkdən yorulub.

 

Modern.az xəbər verir ki, bunu Polşanın baş naziri Mateuş Moravieski RMF FM-ə müsahibəsində bildirib.

 

O yeni sanksiyalar məsələsinin yaxın həftələrdə Aİ-nin gündəminə qayıdacağını deyib. “Bu gün əlavə sanksiyalara istək azdır. Düşünürəm ki, yorğunluq var”, - Baş nazir qeyd edib.

 

Martın 24-də Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirmişdi ki, 11-ci sanksiyaları paketində Aİ əvvəllər tətbiq edilmiş məhdudiyyətlərdən yan keçməyə qarşı mübarizəyə diqqət yetirmək niyyətindədir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada