Modern.az

Paşinyanın oğluna hücum edildi

Paşinyanın oğluna hücum edildi

Dünya

3 Aprel 2023, 11:32

Ermənistanın baş nazirinin oğlu Aşot Paşinyana 1 gün əvvəl hücum edilib. 

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu parlamentin spikeri Alen Simonyan bildirib.

 

O qeyd edib ki, deputat Vladimir Vardanyan və özünün şəhərin mərkəzində başına gələn insidentdən sonra bunu düşünülmüş təxribatlar silsiləsi kimi qiymətləndirir.

 

Spiker hücumla bağlı təfərrüatları açıqlamayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!