Modern.az

Çavuşoğludan Suriya və Ukrayna ilə bağlı YENİ MESAJ

Çavuşoğludan Suriya və Ukrayna ilə bağlı YENİ MESAJ

Dünya

7 Aprel 2023, 13:44

"Suriya ilə normallaşma barədə Moskvada hər ölkə mövqeyini şəffaf şəkildə dilə gətirəcək. Bir toplantıda bütün məsələlərin həll olunmayacağını bilirik. Amma dialoq davam etdirilməlidir".

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada rusiyalı həmkarı Sergey Lavrovla danışıqların yekununda bildirib.

 

"Biz Rusiya-Ukrayna müharibəsinin danışıqlarla sona çatacağına inanırıq. Bu istiqamətdə siyasətimizi davam etdirəcəyik", - o qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır