Modern.az

İraq Rusiya təyyarəsini hava məkanına buraxmadı

İraq Rusiya təyyarəsini hava məkanına buraxmadı

Dünya

7 Aprel 2023, 14:12

İraq Yekaterinburq - Şarm əl-Şeyx marşrutu ilə uçan "Rossiya" aviaşirkətinin təyyarəsini hava məkanına buraxmayıb.

 

Modern.az xəbər verir ki, bu barədə RBK-ya aviaşirkətin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, təyyarənin buraxılmamasına heç bir səbəb göstərilməyib. Təyyarə 4 saatlıq gecikmə ilə Şarm əl-Şeyxə çata bilib.

 

“Boeing 737 təyyarəsi ilə Yekaterinburqdan Şarm əl-Şeyxə FV5569 reysini yerinə yetirən və bütün uçuş icazələrinə malik təyyarə izahat verilmədən İraqın hava məkanına buraxılmayıb”, - “Rossiya” şirkətindən bildirilib.

 

Məlumata görə, Rusiya təyyarəsi İranın hava məkanında bir neçə dövrə vuraraq Soçidəki alternativ aerodroma eniş edib. Moskva vaxtı ilə saat 23:43-də təyyarə yenidən Şarm əl-Şeyxə doğru havalanıb. Uçuş gecikmə ilə yerinə yetirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada