Modern.az

Türkeşin oğlu AKP-dən, qızı İYİ Partiyadan namizəd oldu

Türkeşin oğlu AKP-dən, qızı İYİ Partiyadan namizəd oldu

Dünya

9 Aprel 2023, 17:56

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) qurucusu, mərhum siyasətçi Alparslan Türkeşin övladları deputatlığa namizəd olublar.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, onun oğlu Tuğrul Türkeş və qızı Ayyüce Türkeş fərqli partiyalardan seçkilərə qatılıblar.

 

Belə ki, T.Türkeş hakim Ədalət və İnkişaf Partiyasının (AKP) proporsional siyahısı üzrə Ankaradan, A.Türkeş isə İYİ Partiyanın siyahısı üzrə Adanadan namizəd göstərilib.

 

Qeyd edək ki, Alparslan Türkeş 1997-ci ildə dünyasını dəyişdikdən sonra MHP sədrliyinə Devlet Bahçeli seçilib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada