Modern.az

Netanyahu ona qarşı çıxan naziri vəzifədə saxladı

Netanyahu ona qarşı çıxan naziri vəzifədə saxladı

Dünya

11 Aprel 2023, 00:35

İsrailin müdafiə naziri Yoav Qallant hökumətin gündəliyinə zidd olaraq məhkəmə islahatları haqqında danışsa da, vəzifəsində qalacaq.

 

Modern.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu xalqa müraciəti zamanı deyib.

 

“Bu günlərdə bütün cəbhələrdə birlikdə işləyirik. Qarşımızda ciddi vəzifələr var. Aramızda fikir ayrılıqları, hətta bir neçə məsələdə ciddi fikir ayrılıqları olub, amma mən bunu bir kənara qoymaq qərarına gəldim. Qallant öz vəzifəsində qalır, biz İsrail vətəndaşlarının təhlükəsizliyi üçün birlikdə işləməyə davam edəcəyik”,- deyə Baş nazir qərarını açıqlayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada