Modern.az

Reznikov əcnəbi pilotları Ukraynaya dəvət etdi

Reznikov əcnəbi pilotları Ukraynaya dəvət etdi

Dünya

11 Aprel 2023, 01:00

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov danimarkalı həmkarı Troels Lund Poulsen ilə birgə mətbuat konfransı zamanı F-16 qırıcılarını idarə edə bilən xarici pilotları Ukraynanın müdafiəsinə qoşulmağa dəvət edib.

 

Modern.az xəbər verir ki, bu barədə BBC telekanalı məlumat yayıb.

 

Reznikov döyüş təyyarələrinə xidmət göstərmək istəyən, müvafiq icazə və sənədləri olan mütəxəssisləri Ukraynaya işləməyə çağırıb.

 

"Bu, pilotlara da aiddir. F-16-nı idarə etməyi bilən və (müharibədə) iştirak etməyə hazır olan pilotlar varsa, Xarici Legion qapını açmağa hazırdır", - Ukraynanın müdafiə naziri bildirib.

Sizə yeni x var
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada