Modern.az

Bayden koronavirusla bağlı fövqəladə vəziyyəti ləğv etdi 

Bayden koronavirusla bağlı fövqəladə vəziyyəti ləğv etdi 

Dünya

11 Aprel 2023, 08:13

ABŞ-da koronavirusun yayılmasının qarşısını almaq üçün üç il əvvəl tətbiq edilən fövqəladə vəziyyət rejimi ləğv edilib.

 

Modern.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden bununla bağlı qərar imzalayıb.

 

Məlumat üçün bildirək ki, fövqəladə vəziyyət 2020-ci ildə koronavirus pandemiyası fonunda 45-ci prezident Donald Tramp tərəfindən tətbiq edilib. Daha sonra Bayden fövqəladə vəziyyət rejiminin müddətini uzadıb.

 

Qeyd edək ki, ABŞ-da pandemiya dövründə 104 milyon insanda koronavirus infeksiyası aşkar edilib, 1,1 milyon insan dünyasını dəyişib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...