Modern.az

Bu partiya da Kılıçdaroğlunun tərəfinə keçdi 

Bu partiya da Kılıçdaroğlunun tərəfinə keçdi 

Dünya

11 Aprel 2023, 08:38

Müstəqil Türkiyə Partiyası (BTP) mayın 14-də keçirilməsi planlaşdırılan seçkilərdən çəkildiyini açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə partiyanın sədri Hüseyn Baş yerli telekanala müsahibəsində bildirib. 

 

O deyib ki, rəhbərlik etdiyi partiya parlament seçkiləri üçün namizədlərin siyahısını Ali Seçki Komissiyasına təqdim edib, ancaq siyahını geri götürəcək.

 

Hüseyn Baş seçkilərdə müxalifətin vahid namizədi, CHP lideri Kemal Kılıçdaroğluna dəstək verəcəyini diqqətə çatdırıb.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...