Modern.az

İncenin partiyasından Karamollaoğluya qəribə cavab - Özünüzə baxın!

İncenin partiyasından Karamollaoğluya qəribə cavab - Özünüzə baxın!

Dünya

11 Aprel 2023, 09:42

Türkiyədə seçki günü yaxınlaşdıqca, siyasi qüvvələr arasında rəqabət dərinləşir.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Millət İttifaqı"na daxil olan Səadət Partiyasının sədri Temel Karamollaoğlunun prezidentliyə namizədlərdən biri olan Muharrem İnce barədə tənqidinə onun CHP-dən qopmuş Məmləkət Partiyasından cavab gəlib.

 

Partiya gəncləri Karamollaoğlunun İnceni hakimiyyəti dəstəkləməkdə ittiham etməsinə fərqli formada cavab veriblər. Belə ki, onlar böyük bir plakatın üzərinə "Kripto AKP-li axtaranlar öz ittifaqlarına baxsın" yazısını yazaraq körpülərin birindən asıblar. Bununla onlar AKP-dən qopmuş DEVA və Gələcək Partiyalarının "Millət İttifaqı"nda təmsil olunmalarına eyham vurublar.

 

Qeyd edək ki, dünən Temel Karamollaoğlu İnce barədə belə demişdi: "Muharrem İncenin belə bir addımı nə üçün atdığını anlamıram. Başa düşmürəm, çünki bu, məntiqli deyil. Ərdoğanı dəstəkləyirsənsə, çıx denən. Bu, AKP-nin işinə yarayan bir addımdır. Ağlım kəsmir".

 

Xatırladaq ki, Muharrem İnce 14 mayda keçiriləcək prezident seçkilərində müxalifətin səslərini böləcəyi ittihamı ilə tez-tez tənqid olunur.

Bu xəbər ilə bağlı
Ərdoğanı dəstəkləyirsənsə, çıx denən! – İnceyə sərt tənqid
Xəbəri oxu
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada