Modern.az

Necə də asanlıqla öldürürlər - Ukrayna rəsmiləri baş kəsmə videosundan danışır

Necə də asanlıqla öldürürlər - Ukrayna rəsmiləri baş kəsmə videosundan danışır

Dünya

12 Aprel 2023, 12:42

Ukraynalı hərbi əsirlərə amansız işgəncə verilməsi faktı ilə bağlı cinayət işi başlanıb.

 

Modern.az "Ukrinform"a istinadən xəbər verir ki, Ukraynanın dövlət rəsmiləri CNN-in yaydığı, ukraynalı hərbçilərin başının kəsildiyi iddia edilən videolara münasibət bildirib.

 

"Dünyada heç kimin gözardı edə bilməyəcəyi bir şey var: Necə də asanlıqla öldürürlər", - Ukrayna prezidenti Volodimir Zelenski deyib.

 

Ukrayna XİN başçısı Dmitri Kuleba isə bildirib ki, bu videolardan sonra Rusiyanın BMT Təhlükəsizlik Şurasına sədrlik etməsi absurddur.

 

Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri videolar barədə söyləyib: “Biz bu qeyri-insanları tapacağıq”.

Ukraynalıların başının kəsildiyi deyilən videolar yayılıb
Bu xəbər ilə bağlı
Ukraynalıların başının kəsildiyi deyilən videolar yayılıb
Xəbəri oxu
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...