Modern.az

Ermənistanda hərbi forma ilə aksiya keçirmək yasaqlanır

Ermənistanda hərbi forma ilə aksiya keçirmək yasaqlanır

Dünya

12 Aprel 2023, 14:58

"Hərbi forma geyinmək tənzimlənməlidir".

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistan müdafiə nazirinin müavini Arman Sarkisyan parlamentdə çıxışı zamanı bildirib.

 

O qeyd edib ki, formada mitinq və nümayişlərdə iştirak etmək, o cümlədən sosial şəbəkələr vasitəsilə siyasi bəyanatlar yaymaq mümkün olmayacaq.

 

Müxalif “Hayastan” fraksiyasının deputatı Artur Xaçatryan isə əlavə edib ki hərbi geyimlərin sərbəst satışı da qadağan edilməlidir, çünki onun kimin əlinə keçəcəyinə heç bir zəmanət yoxdur. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya daha bir ölkəyə hədə-qorxu gəldi: Qoşunlar hərəkətə keçir - Xəbəriniz Var?