Modern.az

İsveçrə Ukraynaya 1,7 milyard dollar verəcək

İsveçrə Ukraynaya 1,7 milyard dollar verəcək

Dünya

13 Aprel 2023, 23:55

İsveçrə hökuməti Kiyevə uzunmüddətli maliyyə dəstəyi verəcəyini açıqlayıb.

Modern.az xəbər verir ki, bu barədə Vaşinqtonda Dünya Bankı və BVF-nin illik birgə yaz toplantısında çıxış edən İsveçrənin xarici işlər naziri İqnazio Kassis məlumat verib.

O qeyd edib ki, artıq vəd edilmiş 300 milyon İsveçrə frankına əlavə olaraq, Bern 2028-ci ilə qədər Ukraynaya daha 1,5 milyard frank (1,7 milyard dollar) yardım ayırmaq niyyətindədir.

2023-2024-cü illərdə Ukraynaya 300 milyon frank (338 milyon dollardan çox) veriləcək. Ümumilikdə, altı il ərzində İsveçrə Ukraynaya ən azı 1,8 milyard frank (2 milyard dollardan çox) köçürməyi planlaşdırır.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!