Modern.az

Ermənistanda müharibədə ölənlərin yaxınları aksiya keçirir

Ermənistanda müharibədə ölənlərin yaxınları aksiya keçirir

Dünya

14 Aprel 2023, 11:34

Ermənistanda 44 günlük müharibədə ölən əsgərlərin yaxınları etiraz aksiyası keçirir. Onlar İstintaq Komitəsinin qarşısında gecələyiblər.

 

Modern.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

 

Bildirilib ki, etirazçılar hələ də Mamikonyants küçəsini bağlayaraq binanın qarşısında qalırlar.

 

Əsgərlərin yaxınları suallarına cavab alana qədər keçidi bağlamağa hazırlaşırlar. Hələlik aksiyaçıların tələbləri yerinə yetirilməyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada