Rusiyanın müdafiə naziri Sergey Şoyqu Sakit Okean Donanmasında qəfil yoxlamanın başladığını elan edib.
Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu donanma ən yüksək döyüş hazırlığına gətirilib.
"Əsas məqsəd potensial düşmənin təcavüzünü dəf etmək üçün tapşırıqları həll etmək bacarığını artırmaqdır. Yoxlamaya Hərbi Dəniz Qüvvələrinin Baş Komandanı Nikolay Evmenov nəzarət edir", - o qeyd edib.
Donanmanın dəniz zərbə qruplarını və saxta düşmənin yer hədəflərini məhv etmək üçün raket buraxılışları həyata keçirəcəyi, həmçinin uzaqmənzilli aviasiyanın da cəlb olunacağı planlaşdırılır.