Modern.az

Ukraynada müharibə bir neçə il davam edə bilər - Moraveyski

Ukraynada müharibə bir neçə il davam edə bilər - Moraveyski

Dünya

14 Aprel 2023, 12:54

"Ukraynada müharibə bir neçə il davam edə bilər".

 

Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu Polşanın baş naziri Mateuş Moraveyski deyib.

 

"Biz heç bir dəqiq tarixi hesablamırıq, sadəcə olaraq cəbhədə, döyüş meydanında baş verənləri müşahidə edirik. Və buna uyğun olaraq, vəziyyətə uyğunlaşmağa, Qərbi Avropadakı tərəfdaşlarımızla diplomatiyamız vasitəsilə Ukraynaya dəstək verməyə çalışırıq", - deyə o bildirib.

 

Jurnalistin müharibənin hətta bir neçə il davam edə biləcəyi ilə bağlı sualına baş nazir müsbət cavab verib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada