MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək.
Modern.az xəbər verir ki, bu barədə MDB-nin baş katibi Sergey Lebedev Nazirlər Şurasının genişləndirilmiş iclasında bildirib.
Qeyd edək ki, hazırda MDB Xarici İşlər Nazirləri Şurasının toplantısı Özbəkistanda keçirilir. Toplantıda Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edir.