Modern.az

Babacanın müavini istefa verdi

Babacanın müavini istefa verdi

Dünya

14 Aprel 2023, 13:18

Türkiyədə "Millət İttifaqı"na daxil olan, sabiq XİN başçısı Ali Babacanın qurduğu DEVA Partiyasının sədr müavini Helün Fırat partiyadan istefa verib.

 

Modern.az xəbər verir ki, Fırat bu barədə tviter səhifəsində paylaşım edib.

 

O, istefasını belə əsaslandırıb: "Çox klişe səslənsə də, prosesə zərər vurmamaq üçün lazım bildiyim üçün istefa verirəm. İttifaqın uğurları üçün fərdi şəkildə fəaliyyətimi və dəstəyimi davam etdirəcəyəm".

 

Qeyd edək ki, 14 mayda Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada