Modern.az

Ukrayna kəşfiyyatı “Black Hawk” helikopterindən istifadə edir

Ukrayna kəşfiyyatı “Black Hawk” helikopterindən istifadə edir

Dünya

16 Aprel 2023, 15:58

Ukrayna kəşfiyyatı artıq ABŞ-ın “Black Hawk” helikopterindən istifadə edir.

 

Modern.az xəbər verir ki, bu barədə "Ukrinform" məlumat yayıb.

 

Bildirilib ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin əsgərləri Amerikanın əfsanəvi “Black Hawk” helikopterini döyüş əməliyyatlarında istifadə edirlər.

 

Qeyd olunub ki, bu texnika demək olar ki, bütün xüsusiyyətlərinə görə SSRİ analoqları olan Mi-8 və Mi-24-dən xeyli irəlidədir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada