Modern.az

Şoyqu çinli həmkarı ilə görüşdü

Şoyqu çinli həmkarı ilə görüşdü

Dünya

18 Aprel 2023, 12:46

"Rusiya və Çin arasında qarşılıqlı əlaqə dünyada vəziyyətə stabilləşdirici təsir göstərir və gərginliyin azaldılmasına kömək edir".

 

Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Moskvada Çinin müdafiə naziri Li Şanqfu ilə danışıqları zamanı deyib.

 

Bildirilib ki, Şoyqu həmçinin Çin Xalq Respublikasının müdafiə naziri ilə danışıqlarda Rusiya Federasiyası ilə Çin arasında "sarsılmaz dostluq ruhunda" hərbi əməkdaşlığın genişlənəcəyinə əminliyini ifadə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
GƏRGİN MÜZAKİRƏ! Ukrayna savaşı dayandırılır - Qalib kim olacaq?