Modern.az

Məni o masaya yenidən oturdan Yavaş oldu - AKŞENER

Məni o masaya yenidən oturdan Yavaş oldu - AKŞENER

Dünya

19 Aprel 2023, 17:26

Türkiyədə müxalifətin "Millət İttifaqı"na daxil olan İYİ Partiyanın sədri Meral Akşener "Altılı Masa"nı tərk etdikdən sonra geri qayıtması barədə danışıb.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, geri qayıtmasının Ankara bələdiyyəsinin sədri Mansur Yavaşın sayəsində olduğunu bildirib. 

 

"Deyirlər ki, məni o masaya təkrarən xarici güclər oturtdu. Məni o masaya Mansur Yavaş oturtdu", - deyə Akşener söyləyib.

 

Qeyd edək ki, İYİ Partiya 3 martda CHP sədri Kemal Kılıçdaroğlunun namizədliyinə etiraz olaraq ittifaqı tərk etmiş, sonradan Ankara və İstanbul bələdiyyələrinin sədrləri Mansur Yavaş və Ekrem İmamoğlunun vitse-prezident olması şərti ilə geri qayıtmışdı.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...