Modern.az

Makronun reytinqi ən aşağı səviyyəyə düşüb - SORĞU

Makronun reytinqi ən aşağı səviyyəyə düşüb - SORĞU

Dünya

21 Aprel 2023, 13:24

Fransa prezidenti Emmanuel Makronun reytinqi pensiya islahatlarından sonra ən aşağı səviyyəyə düşüb.

 

Modern.az xəbər verir ki, bu barədə “Le Figaro” nəşri BVA-nın keçirdiyi sorğunun məlumatlarına istinadən yazıb.

 

Belə ki, Makronun populyarlıq reytinqi 2018-ci ilin oktyabrında “sarı jiletlər” böhranının lap əvvəlində çatdığı səviyyəyə qayıdıb və 26% təşkil edib.

 

Həmçinin respondentlərin 74%-i dövlət başçısının pensiya islahatına imza atmaqla səhv addım atdığını düşünür və bu qərarın “ictimaiyyətin narazılığına səbəb olacağından” ehtiyat edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...