Modern.az

Kahramanmaraşda ZƏLZƏLƏ

Kahramanmaraşda ZƏLZƏLƏ

Dünya

24 Aprel 2023, 09:04

Türkiyənin Kahramanmaraş vilayətində yenidən zəlzələ qeydə alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi tviter səhifəsində məlumat yayılıb.

 

Bildirilib ki, vilayətin Elbistan rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 3.8 ballıq maqnituda ilə qiymətləndirilib.

 

Ocağı yerin 8.5 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.

Sizə yeni x var
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?