Modern.az

HDP müttəfiqlərinə qarşı çıxdı - Onlara səs verməyin!

HDP müttəfiqlərinə qarşı çıxdı - Onlara səs verməyin!

Dünya

24 Aprel 2023, 09:36

Türkiyədə Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Pervin Buldan gözlənilməz çıxışı ilə gündəmə gəlib.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, seçicilərə səslənərkən dolayı olaraq partiyasının ittifaq ortağı olan Türkiyə Fəhlə Partiyasına (TİP) səs verməməyə çağırıb.

 

"Bizim bir ittifaqımız var, "Əmək və Azadlıq İttifaqı". Başımızın, gözümüzün üstündə yeri var, amma Yaşıl Sol Partiyadan başqa hansı partiyaya səs versəniz, hər səs AKP-nin işinə yarayar", - deyə o bildirib.

 

Qeyd edək ki, HDP-nin qapadılması ilə bağlı hüquqi proses davam etdiyi üçün bu partiya namizədlərini Yaşıl Sol Partiyadan (YSP) irəli sürüb. "Əmək və Azadlıq İttifaqı"na daxil olan digər siyasi qüvvələr - Əmək Partiyası, Əməkçi Hərəkat Partiyası, İctimai Azadlıq Partiyası və Sosialist Məclislər Federasiyası da namizədlərini YSP-nin proporsional siyahısından göstərib. İttifaqa daxil olan Türkiyə Fəhlə Partiyası (TİP) isə müstəqil proporsional siyahı ilə seçkilərə qatılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!