Modern.az

Çin səfirinin qalmaqallı açıqlaması SİLİNDİ

Çin səfirinin qalmaqallı açıqlaması SİLİNDİ

Dünya

24 Aprel 2023, 13:08

Çinin Fransadakı səfirliyi səfirin keçmiş SSRİ respublikalarının müstəqilliyini şübhə altına aldığı müsahibənin stenoqramını silib. 

 

Modern.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri yazıb.

 

Səfirlik əvvəlcə çincə və fransızca səfir Lu Şainin çıxışının bütün stenoqramını rəsmi "WeChat" hesabında yerləşdirib. Lakin daha sonra transkript silinib. Müsahibə səfirliyin rəsmi saytında da dərc olunmayıb.

 

Xatırladaq ki, səfir Lu Şai Fransa televiziyasında postsovet ölkələrinin suverenliyini şübhə altına alıb və Krımın “əslində Rusiya olduğunu” deyib. Bundan sonra Avropa İttifaqı Krım və postsovet ölkələri ilə bağlı bəyanatları tənqid edib. Xüsusilə, Avropa diplomatiyasının rəhbəri Jozep Borel bu cür bəyanatları qəbuledilməz adlandırıb.

 

Bundan sonra Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib ki, Çin əvvəllər SSRİ-nin tərkibində olmuş bütün ölkələrin suverenliyinə hörmət edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada