Modern.az

Şoyqu müharibəyə qatılan bölmələrlə bağlı yoxlama apardı

Şoyqu müharibəyə qatılan bölmələrlə bağlı yoxlama apardı

Dünya

5 May 2023, 17:53

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Cənub Hərbi Dairəsində Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı müharibədə iştirak edən bölmələri ilə bağlı yoxlamalar aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

 

Bildirilib ki, nazir göndərilən hərbi texnika və silahların hazırlığını yoxlayıb.

 

Şoyqu müharibə zonasında qruplara silah və hərbi texnikanın verilməsinin fasiləsizliyinə nəzarət etmək vəzifəsinin icrasını tapşırıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV