Modern.az

MİT PKK-nın PUA-lar üzrə “məsul şəxs”ini zərərsizləşdirdi

MİT PKK-nın PUA-lar üzrə “məsul şəxs”ini zərərsizləşdirdi

Dünya

9 May 2023, 12:08

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) xüsusi əməliyyat keçirib.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, əməliyyat çərçivəsində PKK terror təşkilatının PUA-lar üzrə "məsul şəxs"i zərərsizləşdirilib.

 

Terrorçu Tekin Okan İraqın şimalındakı Qara bölgəsində zərərsiz hala gətirilib. Onun Diyarbakır və Batman aeroportlarına dron hücumlarını kordinasiya etdiyi müəyyən olunub.

 

Hazırda araşdırmalar davam etdirilir. Bundan sonra da oxşar əməliyyatlar keçiriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV