Modern.az

Krımda partlayış - Helikopter zədələndi

Krımda partlayış - Helikopter zədələndi

Dünya

20 May 2023, 20:20

Rusiya tərəfindən ilhaq edilən Krım yarımadasının Sevastopol şəhəri yaxınlığında yerləşən Kaça aerodromunda partlayış baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə "RBC Ukrayna" məlumat yayıb.

 

Partlayış nəticəsində Rusiyaya məxsus Mi-8 döyüş helikopteri zədələnib. Rusiya informasiya mənbələri hələlik hadisə ilə bağlı şərh verməyiblər.

 

Mənbələrin bildirdiyinə görə, hadisə ilə əlaqədar yaxınlıqdakı yaşayış məntəqələrində axtarışlar aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!