Türkiyə Hərbi Dəniz Qüvvələri üçün inşa edilən daha bir sualtı gəmi suya buraxılıb.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik "Hızır Rəis" adlı ikinci sualtı gəminin suya buraxıldığını açıqlayıb. Gəminin sınaqları davam edir.
Gölcük Gəmiqayırma Zavodunda inşa edilən ilk sualtı gəmi isə "Piri Rəis" adlanır və 2021-ci ilin martında suya buraxılıb.
Sualtı qayıqların uzunluğu 68 metr, çəkisi 2 min tondan çoxdur və 40 nəfərlik heyətə sahibdir.