Modern.az

Japarov da Ərdoğanı təbrik etdi

Japarov da Ərdoğanı təbrik etdi

Dünya

29 May 2023, 16:43

Qırğızıstan prezidenti Sadır Japarov Rəcəb Tayyib Ərdoğanı yenidən Türkiyə prezidenti seçilməsi münasibətilə təbrik edib.

 

Modern.az xəbər verir ki, bu barədə Qırğızıstanın Türkiyədəki səfirliyi tviter səhifəsində məlumat yayıb.

 

"Hörmətli qardaşım, Rəcəb Tayyib Ərdoğan! Prezident seçkilərinin ikinci turunda inamlı qələbəniz münasibətilə Sizi ürəkdən təbrik etməkdən məmnunam. Əminəm ki, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətləri bundan sonra da strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda möhkəmlənəcəkdir", - təbrikdə deyilir.

 

Qeyd edək ki, ötən gün Türkiyədə keçirilən ikinci tur prezident seçkilərində Ərdoğan 52,16, Kemal Kılıçdaroğlu isə 47,84 faiz səs qazanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır