Modern.az

Rusiyanın daha bir "Alliqator"u məhv edildi

Rusiyanın daha bir "Alliqator"u məhv edildi

Dünya

12 İyun 2023, 20:31

Ukrayna hərbçiləri Rusiya ordusuna məxsus Ka-52 "Alliqator" helikopterini məhv edib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

 

“Əsgərlərimiz düşmənin “Alliqator” kimi tanınan daha bir bahalı Ka-52 hücum helikopterini məhv edib”, - açıqlamada deyilir.

 

Baş Qərargah helikopterin cəbhənin hansı istiqamətində vurulduğunu açıqlamayıb.

 

Qeyd edək ki, Ka-52 Rusiyanın yeni nəsil kəşfiyyat-hücum helikopteridir. Hava vasitəsi döyüş meydanında zirehli və zirehli olmayan texnika, canlı qüvvə və hava hədəflərini vurmaq qabiliyyətinə malikdir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıya dil uzadan Saral payını aldı - Ərdoğan niyə indi onu qovdu?