Modern.az

Düşərgəyə silahlı hücum: 46 nəfər öldürüldü, 23-ü uşaqdır

Düşərgəyə silahlı hücum: 46 nəfər öldürüldü, 23-ü uşaqdır

Dünya

13 İyun 2023, 08:27

Konqo Demokratik Respublikasının Djuqu bölgəsində məcburi köçkünlər üçün salınmış düşərgəyə silahlı hücum olub.

 

Modern.az "Haber Global"a istinadən xəbər verir ki, hücum nəticəsində 23-ü uşaq olmaqla azı 46 nəfər öldürülüb.

 

Yerli mənbələr cinayətkarların evləri yandıraraq mülki insanlara silahla hücum etdiklərini, çox sayda insanın yanaraq öldüyünü bildiriblər.

 

Düşərgənin Birləşmiş Millətlər Təşkilatının (BMT) Buledəki bazasından 5 kilometr aralıda olduğu açıqlanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!