Modern.az

Qaribaşvili Mişellə Gürcüstanın Aİ üzvlüyünü müzakirə etdi

Qaribaşvili Mişellə Gürcüstanın Aİ üzvlüyünü müzakirə etdi

Dünya

14 İyun 2023, 16:52

Gürcüstanın baş naziri İrakli Qaribaşvili Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə görüşüb.

 

Modern.az xəbər verir ki, baş nazir bu barədə tviter səhifəsində məlumat yayıb.

 

"Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə görüşməkdən məmnunluq duydum. Gürcüstanın Avropa İttifaqı istiqamətində addımlamasının həmişəki kimi qətiyyətli olmasını bir daha vurğuladıq. Ümid edirik ki, Avropa İttifaqı Şurası bu il Gürcüstana namizədlik statusu verən tarixi bir qərar alacaq. Gürcüstanın Avropa gələcəyinə verdiyiyi şəxsi dəstəyinə görə Mişelə təşəkkür etmək istərdim", - deyə o qeyd edib.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV