Modern.az

ABŞ Ukraynaya bu silahları göndərəcək - SİYAHI

ABŞ Ukraynaya bu silahları göndərəcək - SİYAHI

Dünya

25 İyul 2023, 23:36

ABŞ Ukrayna üçün yeni hərbi yardım paketi açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.

 

Hərbi yardım paketinin həcmi 400 milyon dollardır.

 

Yeni yardım paketinə aşağıdakılar daxildir:

 

- "Patriot" və NASAMS hava hücumundan müdafiə sistemləri üçün sursat;

- "Stinger" daşına bilən zenit-raket sistemləri;

- HIMARS raket sistemi üçün sursat;

- Artilleriya və minaatan mərmiləri;

- 32 "Stryker" zirehli texnikası;

- TOW tank əleyhinə sistemlər üçün raketlər;

- "Hornet" dronları;

- "Hydra-70" aviasiya raketləri;

- Atıcı silahlar və qumbaralar üçün 28 milyondan çox mərmi;

- Həmçinin gecəgörmə cihazları, ehtiyat hissələri, təlim sursatları və digər vasitələr.

Sizə yeni x var
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu