Xəbər verdiyimiz kimi, avqustun 2-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb. Türkiyə liderinin mətbuat xidmətinin yaydığı məlumatda Rusiya prezidentinin danışıqlar üçün Türkiyəyə səfər etməsi barədə razılıq əldə edildiyi bildirilib.
Modern.az bildirir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bununla bağlı açıqlama verib.
O bildirib ki, Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın görüş yeri müzakirə olunacaq.
Kreml sözçüsü deyib ki, liderlər mütləq Türkiyədə görüşməyəcək, Ərdoğan sadəcə Türkiyəyə dəvət edib.
"Prezidentin özü isə Sankt-Peterburqda keçirdiyi mətbuat konfransında dedi ki, indi onun ölkədə olmasının vaxtıdır, ona görə də hər hansı səfərlər etmək onun üçün çətindir", - Peskov qeyd edib.
O əlavə edib ki, Putin və Ərdoğan yaxın gələcəkdə görüşün tarixi və yeri barədə razılıq əldə edəcəklər.