Türkiyəli müğənni İbrahim Tatlısəs sərvətini açıqlayıb.
Modern.az xəbər verir ki, o, əvvələr mətbuatda yayılan həddindən artıq çox sərvətə malik olması barədə məlumatları təkzib edib.
Tatlısəs sahib olduğu sərvəti barədə özü məlumat verib. "İmperator" ləqəbli müğənninin sərvətinə aşağıdakılar daxildir:
Kababxana, televiziya binası, Tatlısəs Şirkətlər Qrupunun binası, "By Tatlıses" geyim emalatxanası və mağazası, Demirciköydə villa, Seyrantepedə üç mənzil, Şanlıurfada mənzil, İzmirdə torpaq sahələri, Narlıdere Folkart Evləri, Hadımköydə villa, 1 qayıq, 2 sürətli qayıq, 2 "Mersedes", 3 "Jeep", 1 limuzin, 20 şirkət maşını, Bodrumda 48 mənzilli "Tatlıses Bitez Paradise" mənzilləri və içərisində villa, Bodrumda dəniz kənarında 26 otaqlı "Golo Beach Hotel", Bodrum Bitezdə torpaq sahələri, Kuşadasında 6 mərtəbə, 157 otaq, 314 çarpayıdan ibarət Tatlısəs Hotel, bir neçə televiziya kanalı və s.