Modern.az

Sinaqoqda 11 nəfəri öldürən şəxsə edam cəzası verildi 

Sinaqoqda 11 nəfəri öldürən şəxsə edam cəzası verildi 

Dünya

3 Avqust 2023, 08:24

2018-ci ildə ABŞ-da yerləşən Pittsburq sinaqoqunda 11 nəfəri öldürən şəxs edam cəzasına məhkum edilib.

 

Modern.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

 

Bildirilir ki, haqqında ölüm hökmü çıxarılan Robert Bauersə ona qarşı irəli sürülən 63 maddənin heç birində özünü təqsirli bilməyib.

 

Telekanal qeyd edir ki, bu, ABŞ prezidenti Co Bayden administrasiyasının məcburən icra etməli olduğu ilk edam hökmüdür.

 

Bauers 2018-ci ilin oktyabrında 100-ə yaxın adamın olduğu sinaqoqu gülləboran edib. Hadisə nəticəsində 11 nəfər ölüb, daha 6 nəfər yaralanıb. Atışmadan əvvəl Bauers “Bütün yəhudilər ölməlidir” deyə qışqırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu