Modern.az

Ərdoğan bu gün yeni Baş Qərargah rəisi təyin edəcək

Ərdoğan bu gün yeni Baş Qərargah rəisi təyin edəcək

Dünya

3 Avqust 2023, 08:55

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Ali Hərbi Şuranın iclası keçiriləcək.

 

Modern.az TRT-yə istinadən xəbər verir ki, iclasda hökumət üzvləri və hərbi qurumların rəhbərləri iştirak edəcək.

 

İclasda Yaşar Gülərin milli müdafiə naziri vəzifəsinə gətirilməsindən sonra boş qalan Baş Qərargah rəisi vəzifəsinə təyinat olacaq. Gülərin təyinatından sonra Türkiyənin Baş Qərargah rəisi vəzifəsi müvəqqəti olaraq Quru Qoşunları komandanı Musa Avseverə tapşırılıb.

 

Yerli mətbuatda yayılan məlumata görə, Baş Qərargah rəisi vəzifəsinə namizədlər arasında 1-ci ordu korpusunun komandanı general Əli Sivri, 2-ci ordu korpusunun komandanı general Metin Gürak, Baş Qərargahın ikinci rəisi Səlcuq Bayraktaroğlunun da adı var.

 

İclasda, həmçinin yeni rütbələrin veriləcəyi gözlənilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu