Modern.az

Ermənistan və Rusiya səfirlərini DƏYİŞDİRİR

Ermənistan və Rusiya səfirlərini DƏYİŞDİRİR

Dünya

3 Avqust 2023, 09:34

Ermənistan və Rusiya münasibətlərində yeni mərhələyə başlamaq istəyir, yeniliyə doğru ilk addım səfirlərin dəyişdirilməsi olacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb.

 

Məlumata görə, Ermənistanın Rusiyadakı səfiri Vağarşak Harutyunyan vəzifəsindən azad ediləcək. Qəzet yazır ki, onun istefaya göndərilməsi uzun müddətdir müzakirə olunur, ancaq Rusiya hakimiyyəti tərəfindən məqbul sayılan namizəd tapılmırdı.

 

İddialara əsasən, İrəvan deputat Qurgen Arsenyanı Rusiyaya səfir göndərmək istəyir.

 

Bundan əlavə, Rusiya Xarici İşlər Nazirliyinin yüksək rütbəli diplomatının İrəvana səfir göndərilməsi də müzakirə olunur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...