Modern.az

Rusiyanın Kaluqa vilayətinə PUA hücumu

Rusiyanın Kaluqa vilayətinə PUA hücumu

Dünya

3 Avqust 2023, 10:18

Rusiyanın Kaluqa vilayətinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum olub.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatorluğundan bildirilib.

 

Məlumata görə, 6 PUA zərərsizləşdirilib. Hadisə nəticəsində tələfat və dağıntının qeydə alınmadığı bildirilib.

 

Rusiya Müdafiə Nazirliyi hücumun Ukrayna tərəfindən həyata keçirildiyini təsdiqləyib.

 

Xatırladaq ki, son vaxtlar Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisinə PUA-larla zərbələr endirir. Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak savaşın sürətlə Rusiya ərazisinə keçəcəyini söyləyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu