Çin hakimiyyəti uşaqların telefondan istifadə müddətini məhdudlaşdırmaq istəyir.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, dövlət noutbuklara, telefonlara və o cümlədən planşetlərə xüsusi uşaq rejimi funksiyasının əlavə edilməsini istəyir.
Qərar qəbul ediləcəyi təqdirdə, Çində 8 yaşından kiçik uşaqlara gündə 40 dəqiqə, 8-15 yaşlı uşaqlara isə bir saat telefon istifadəsinə icazə veriləcək.
Digər qərarla 22:00-dan səhər saat 06:00-a qədər telefondan istifadə məhdudlaşdırılacaq.