Modern.az

Estoniya prezidentinin səfərə getməyə pulu yoxdur

Estoniya prezidentinin səfərə getməyə pulu yoxdur

Dünya

3 Avqust 2023, 14:34

Estoniya prezidenti Alar Karis Avstraliyaya planlaşdırılan rəsmi səfərini təxirə salıb.

 

Modern.az xəbər verir ki, bu barədə ERR informasiya agentliyi məlumat yayıb.

 

Nəşrin məlumatına görə, buna səbəb səfər üçün lazımi miqdarda vəsaitin olmamasıdır.

 

Qeyd edilir ki, prezidentin ofisi səfər üçün Estoniya Nazirlər Kabinetinin ehtiyatından pul ayrılmasını xahiş edib. Hökumət xahişi yerinə yetirməkdən imtina edib və bunun lazımsız xərc olduğunu bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu