Modern.az

Gürcüstanda torpaq sürüşməsi - 16 nəfər dağıntılar altında qaldı

Gürcüstanda torpaq sürüşməsi - 16 nəfər dağıntılar altında qaldı

Dünya

3 Avqust 2023, 17:04

Gürcüstanın qərbindəki Şovi kurortunda torpaq sürüşməsi baş verib.

 

Modern.az yerli mətbuata istinadən xəbər verir ki, 6-sı uşaq olmaqla 16 nəfər dağıntılar altında qalıb.

 

“Sunset Shovi” hotelinin yaxınlığında baş verən hadisə yerinə xilasedicilər cəlb edilib, əraziyə xüsusi texnika, o cümlədən iki sərhəd polis helikopteri göndərilib.

 

Yerli sakinlərin sözlərinə görə, vəziyyət çox ağırdır - dağın böyük hissəsi uçub, kotteclər və ətraf ərazilər dağılıb. Məlumata görə, sel Şoviyə gedən yolu da bağlayıb.

 

Daxili İşlər Nazirliyi qurbanlar barədə məlumatın olmadığını bildirir.

Sizə yeni x var
Keçid et
Lukaşenkodan hər kəsi şok edən açıqlama - Müharibəyə hazırlaşırıq!