Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Ali Hərbi Şuranın iclası başa çatıb.
Modern.az TRT-yə istinadən xəbər verir ki, iclas 3 saat davam edib.
İclasda general Metin Gürakın Silahlı Qüvvələrin Baş Qərargah rəisi təyin edilməsinə qərar verilib. O, yeni təyinata qədər 2-ci ordu korpusunun komandanı olub.
Bundan başqa general Səlcuq Bayraktaroğlu Quru Qoşunları komandanı, general Ziya Cemal Kadıoğlu Hərbi Hava Qüvvələri komandanı, dmiral Ərcüment Tatlıoğlu Hərbi Dəniz Qüvvələrinin komandanı təyin edilib.
Yekun qərara əsasən, 63 polkovnikə general və admiral rütbələri verilib.
