Modern.az

Paşinyan 5 naziri işdən çıxaracaq - ADLAR

Paşinyan 5 naziri işdən çıxaracaq - ADLAR

Dünya

29 Avqust 2023, 08:47

İrəvan Ağsaqqallar Şurasına keçirləcək seçkilərindən sonra Nikol Paşinyan hökumətdə xeyli “təmizlik” aparacaq.
 

Modern.az xəbər verir ki, bu barədə “Hraparak”ın məlumatında bildirilir.
 

Hökumətdəki mənbələrin qəzetə verdiyi məlumata görə, ən azı beş nazirin kreslo ilə vidalaşacağı gözlənilir. Onların bəziləri vəzifələrini lazımınca yerinə yetirmədiklərinə, bəziləri korrupsiyaya bulaşdığına görə işdən çıxarılacaqlar.

Hələlik nazirlərə seçkilər öncəsi onlara toxunmurlar ki, hakimiyyətin reytinqi düşməsin.
 

Vəzifədən qovulacaq məmurların siyahısına iqtisadi və texnoloji inkişaf naziri Qnel Sanosyanın, ətraf mühit naziri Akop Simidyanın, ədliyyə naziri Qriqor Minasyanın, sosial təminat naziri Narek Mkrtçyanın, yüksək texnologiyalar sənayesi naziri Robert Xaçatryanın daxil olduğu bildirilir.

Sizə yeni x var
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu