Modern.az

Rusiya Ukrayna PUA-larını vurduğunu deyir

Rusiya Ukrayna PUA-larını vurduğunu deyir

Dünya

29 Avqust 2023, 09:35

Rusiya Federasiyasının Müdafiə Nazirliyi Belqorod və Tula vilayətləri üzərində Ukraynaya məxsus PUA-ların vurulduğunu açıqlayıb.

 

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ötən gecə Belqorod vilayətində PUA vurulub.

 

Bu gün səhər isə Tula vilayəti üzərində daha iki oxşar PUA sıradan çıxarılıb. Rusiya Müdafiə Nazirliyi itki və dağıntı barədə məlumat verməyib.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu