Modern.az

Daha 2 gəmi Odessa limanını tərk etdi

Daha 2 gəmi Odessa limanını tərk etdi

Dünya

1 Sentyabr 2023, 14:36

Ukraynanın Odessa vilayətindəki limanı daha 2 gəmi tərk edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Unian" məlumat yayıb.

 

İcmalar, Ərazilər və İnfrastrukturun İnkişafı Nazirliyindən verilən məlumata görə, bunlar Liberiya bayrağı altında "ANNA-THERESA" və Marşal adaları üzrə "OCEAN COURTESY" adlı yük daşıyıcılarıdır.

 

Gəmilər limanı tərk edərək müvəqqəti dəhlizlə Bosfor boğazına doğru hərəkət edirlər. Onlar 56 min ton çuqun və 172 min ton dəmir filizi konsentratı daşıyırlar.

 

Ümumilikdə avqustun 15-dən artıq 4 gəmi müvəqqəti evakuasiya dəhlizindən istifadə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu