Modern.az

Zərərsizləşdirilən erməni hərbçilərin ADLARI - YENİLƏNİB

Zərərsizləşdirilən erməni hərbçilərin ADLARI - YENİLƏNİB

Dünya

1 Sentyabr 2023, 18:16

Xəbər verdiyimiz kimi, təxribata cəhd edərkən zərərsizləşdirilən erməni hərbçilərin sayı 4-ə çatıb.

 

Modern.az xəbər verir ki, erməni mediası zərərsizləşdirilən digər iki hərbçinin adını açıqlayıb.

 

Bildirilir ki, zərərsizləşdirilən hərbçilər Vaçagan Vardanyan və Narek Poğosyandır.

 

***

15:44

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusu Ermənistanın hərbi təxribatına qətiyyətli cavab verib. Görülən tədbirlər nəticəsində iki erməni əsgər məhv edilib, biri yaralanıb.
 

Modern.az xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyi də təsdiq edib.

 

Yerli mətbuatın məlumatına görə, zərərsizləşdirilən erməni hərbçilərin adları  Andranik Antonyan və Arsen Mkrtçyandır. Onların hər ikisinin Masis (Zəngibasar) bölgəsindən olduğu bildirilir.

 

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin bu gün yaydığı məlumatda bildirilir ki, sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib.

 

Nəticədə üç hərbi qulluqçumuz yaralanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu